MDB ölkələrindən 6-nın milli valyutası bu il ABŞ dollarına nisbətdə bahalaşıb


İqtisadiyyat 02 İyl 2018 15:47:30 346 0

MDB ölkələrindən 6-nın milli valyutası bu il ABŞ dollarına nisbətdə bahalaşıb

Onların arasında Azərbaycan manatı da var

Bu ilin I rübündəAzərbaycan manatı MDB məkanında ABŞ dollarına nisbətdə bahalaşan 6 milli valyutadan biri olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, manatın məzənnəsi dollar qarşısında0,32% güclənib.

Ən çox bahalaşan isəUkrayna qrivnası olub. Bu valyuta rüb ərzində Amerika valyutasına nisbətdə7% güclənib. Növbəti yerlərdəgürcü larisi (6%), Moldova leyi (1,57%), qırğız somu (1,45%) və erməni dramı (0,32%) qərarlaşıb.

Dollara nisbətdə ən çox dəyər itirən milli valyuta isə Rusiya rublu olub. Belə ki, yanvar-mart aylarındabu valyuta 8%-dən çox ucuzlaşıb.MDB-də dəyər itirmişvalyutaların sırasında belarus rublu (-0,42%), özbək sumu (0,61%), qazax təngəsi (2,55%) və tacik somonisi (3,55%) də var.