2 kiloqram heroini ölkəyə keçirmək istəyən dəstə saxlanılıb (FOTO)


Digərləri 02 İyl 2018 15:45:00 276 0

2 kiloqram heroini ölkəyə keçirmək istəyən dəstə saxlanılıb (FOTO)

Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Bakı. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb. DSX-dan Trend-ə verilən məlumata görə, fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə­sin­də Astarada narko­tik vasitəni qəbul edərək sifarişçiyə çatdır­malı olan As­ta­ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü­əy­­yən olunub.