Ermənistanda qızıl mədəninin əməkdaşları aksiya keçiriblər


Dünya 02 İyl 2018 15:05:00 267 0

Ermənistanda qızıl mədəninin əməkdaşları aksiya keçiriblər

Ermənistanda "Lydian International" dağ-mədən şirkətinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.

Son.az report-a istinadən xəbər verir ki, onlar hökumətdən normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər.

"Lydian International" şirkətinin əməkdaşları onların işinə mane olmamağı istəyiblər. Şirkət əməkdaşları əllərində "Amulsar əməkdaşları-ən yaxşı ekoloqlar!" şüarı tutublar. Şirkət nümayəndəsi isə bildirib ki, yerli sakinlərin etirazı müəyyən qüvvələr tərəfindən təşkil olunan sabotajdır. 

Qeyd edək ki, bu yataq ABŞ-ın "Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir.