Universitetlərarası yarış – hər 3 yerin qalibi UNEC tələbələridir


Digərləri 02 İyl 2018 14:58:18 263 0

Universitetlərarası yarış – hər 3 yerin qalibi UNEC tələbələridir

Gənclər və İdman Nazirliyi, UNEC Karyera Mərkəzi və İnnovativ Biznes İnkubatorunun təşkilatçılığı ilə “Gələcəyini sən qur” adlı biznes simulyasiya yarışı təşkil edilib.

Bakı. Gənclər və İdman Nazirliyi, UNEC Karyera Mərkəzi və İnnovativ Biznes İnkubatorunun təşkilatçılığı ilə “Gələcəyini sən qur” adlı biznes simulyasiya yarışı təşkil edilib. Trend-in məlumatına görə, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən yarışın məqsədi gənclərin iqtisadi biliklərinin artırılmasıdır. Yarışda 5 universitetdən 15 komanda iştirak edib. Komandalar sahib olduqları virtual şirkətin perspektivlərini və biznes imkanlarını qiymətləndirib, digər şirkətlərlə sərfəli şərtlərlə virtual əqdlər bağlayıblar. 6 mərhələdən ibarət olan yarışda komandalar sahib olduqları resursları sərfəli qiymətə satmağa və virtual kapitalın artırılmasına çalışıblar.