Əli Əhmədov: "İstəyirəm ki, 2030cu ilə qədər Azərbaycan üçün daha sosial yönümlü bir cəmiyyət yaransın" FOTO


Digərləri 02 İyl 2018 14:40:00 327 0

Əli Əhmədov: "İstəyirəm ki, 2030cu ilə qədər Azərbaycan üçün daha sosial yönümlü bir cəmiyyət yaransın"  FOTO

İstəyirəm ki, 2030-cu ilə qədər Azərbaycan üçün daha sosial yönümlü bir cəmiyyət yaransın.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Proqrama qoşulmaqla dünyada bu istiqamətdə göstərilən səylərə qatılıb: "Azərbaycan bu istiqamət üzrə üzərinə düşən vəzifələri yerinə yetirir. Artıq Azərbaycanda indiyə qədər dayanıqlı inkişaf məqsədlərinin cəmiyyətə çatdırılması ilə əlaqədar xeyli tədbirlər həyata keçirib. İndiki şəraitdə dayanıqlı inkişaf məqsədlərinin inkişaf yollarının müəyyənləşdirilməsi və onun milliləşdirilməsi üçün işlər görülür".