Normal geyimli qıza söz atan oğlanlar kameraya düşdülər


Digərləri 02 İyl 2018 14:24:00 329 0

Normal geyimli qıza söz atan oğlanlar kameraya düşdülər

Sosial şəbəkədə yayılan video müzakirələrə səbəb olub.

Son.az xarici mətbuata istinadla bildirir ki, Nyu-York küçələrində maraqlı eksperiment aparılıb. Belə ki, normal geyimli qadın küçəyə çıxaraq, 10 saat ərzində özünü videoya çəkib. O, videosuyla qadınların gün ərzində onlarla oğlan tərəfindən söz atıldığını sübut edib.

Küçədə dayanan oğlanlar yol boyunca qıza "çox gözəlsən", "hey, qəşəng qız" "sabahınız xeyir", "bəlkə bir şeylər edək" və başqa tanışlıq ifadələri söyləyiblər.

Video xüsusən Azərbaycanda və Türkiyədə maraqla qarşılanıb. İzləyicilər Amerikadakı insanların dünyagörüşləri ilə bağlı xəyallarının suya düşdüyünü vurğulayıblar.