Masajçının Novxanı bağlarında DƏHŞƏTLİ ƏMƏLİ: kişinin yanına gəldi və...


Digərləri 02 İyl 2018 14:28:00 354 0

Masajçının Novxanı bağlarında DƏHŞƏTLİ ƏMƏLİ: kişinin yanına gəldi və...

Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1960-cı il təvəllüdlü Səfalı Atluxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Səfalı Atluxanov 26 may 2017-ci il tarixdə saat 11.46-da Sumqayıt şəhəri, Novxanı bağları 4, ev 734 ünvanda yerləşən Rövşən Quliyevə məxsus tikintisi tamamlanmamış bağ evində gözətçi işləyən və bir neçə gün əvvəl televizor quraşdırmaq üçün anten aldığı zaman tanışlıq münasibətləri yaranmış Mehman Abbasovun iş yerinə gəlib.

Səfalı Atluxanov Mehman Abbasovdan əvvəllər aldığı antenanın işləmədiyini bildirib, nasazlığın aradan qaldırılmasından ötrü həmin antenanın daha hündürə qaldırılmalı olduğunu və bunun üçün əlavə kabelə ehtiyac yaranmasını bildirib, qeyd edilən məqsədlə ondan kabel istəyib.

Mehman Abbasov kabeli verməkdən imtina edib. Sonra heç səbəb olmadan Səfalı Atluxanovun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib.

Bundan əsəbiləşən Səfalı Atluxanov Mehmandan qisas almaq qərarına gəlib. O, həmin vaxt Mehmanla dayandıqları bağ evinin giriş qapısının qarşısında olan meydançada niyyətini həyata keçirmək qərarına gəlib.

Bu məqsədlə Səfalı Atluxanov Mehman Abbasovun başını qəsdən bir neçə dəfə divara vurub. Həmin zərbələrin təsirindən Mehman Abbasov vəfat edib.

"Masaj xidmətini davam etdirmişəm"

İstintaq orqanı tərəfindən Səfalı Atluxanovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Səfalı Atluxanov bildirib ki, 2017-ci ilin mayında masaj etdiyi pasiyentlərdən birinin vasitəsilə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən bağ evində kirayədə yaşamağa başlayıb: "Həmin bağ evində yaşadığım müddət ərzində fərdi olaraq masaj xidmətini davam etdirmişəm".

"Araq içməyəcəyi gün onu masaj etməyimi istədi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadığı bağ evindən təxminən 15-20 metr məsafədə yerləşən bağ evində gözətçi işləyən Mehman Abbasovla tanış olub: "Kirayədə yaşadığım evdəki televizorunun anteni olmadığı üçün Mehman Abbasovdan mənə anten tapmağını xahiş etmişəm. Çünki Mehman kirayədə yaşadığım evə əvvəllər televizor üçün kabel çəkib. Mehman da məlum olan hadisədən təxminən bir həftə əvvəl gözətçi işlədiyi bağ evindən mənə köhnə bir anten gətirdi. Mehman anten üçün məndən pul almadı, araq içməyəcəyi gün onu masaj etməyimi, kabel və ya başqa hər hansı materiala ehtiyacı olarsa ona müraciət etməyimi dedi".

"Mənə qarşı nalayiq ifadələr işlətdi"

Səfalı Atluxanov qeyd edib ki, Mehman Abbasovun verdiyi anteni quraşdırdıqdan sonra televizor yenə göstərməyib: "Bu səbəbdən Mehmandan yeni kabellər götürmək istədim ki, həmin kabellər vasitəsilə anteni bir az hündürlüyə qaldırmaqla televizordakı görüntülər bərpa olunsun. Mayın 26-da Mehmanın işlədiyi bağ evinə getdim. Evin həyətinə daxil olduqda Mehmanın evin həyətinin sağ tərəfindən çıxdığını gördüm. Ondan kabelinin olub-olmadığını soruşdum. Mehman isə mənə qarşı nalayiq ifadələr işlətdi. Mehman Abbasova mənə qarşı söyüş söyməməyini dedim. Mehman həmin vaxtı bağ evinin giriş qapısının qarşısında olan meydançaya pilləkənlə qalxmışdı. Mehmandan bir daha kabel istədim. Ona mənə qarşı söyüş söyməsinin səbəbini soruşdum. Sonuncu mənə qarşı yenidən nalayiq ifadələr işlətdi".