Dünya çempionatında bir ilk qeydə alınıb


İdman 02 İyl 2018 13:50:00 228 0

Dünya çempionatında bir ilk qeydə alınıb

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Danimarka oyununda yeni rekord qeydə alınıb. Goal.az xəbər verir ki, oyunun 57-ci saniyəsində danimarkalılar hesabı açmağa nail olublar.

Matias Yorgensenin vurduğu həmin qol DÇ-lər tarixində vurulmuş ən erkən qol olmasa da, xorvatların az sonra cavab qoluna imza atması tarixi bir nəticənin qeydə alınmasına səbəb olub. Belə ki, görüşün başlamasından 3 dəqiqə, 39 saniyə sonra xorvatlar da qol vurmağa nail olublar. Hansı ki, indiyə qədər dünya çempionatlarında heç vaxt komandalar bir-birini bu qədər erkən qarşılıqlı qollarla məyus edə bilməmişdilər. Əsas vaxtı 1:1 hesabıyla başa çatan bu görüşdə Xorvatiya penaltilər seriyasında 3:2 hesabıyla qalib gələrək 1/4 finala çıxıb.