Şəkidə həkimi qətlə yetirən şəxs tutuldu


Digərləri 02 İyl 2018 14:12:00 238 0

Şəkidə həkimi qətlə yetirən şəxs tutuldu

Şəki şəhər sakini Ələsgər Teymurovu qətlə yetirməkdə şübhəli bilinən qonşusu Şahin Mirzəyev saxlanılmışdır

Bakı. İyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət olması bildirib. DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.