20 yanvar Xırdalan istiqamətində tıxacın son günü


Digərləri 02 İyl 2018 14:02:40 233 0

20 yanvar  Xırdalan istiqamətində tıxacın son günü

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-11-ci kilometrliyində asfaltlanma işləri başa çatmaq üzrədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum sözçüsü bildirib ki, ərazidə asfaltlanma işləri iyulun 3-də tam başa çatacaq: "Bundan sonra təxminən bir gün də, yəni iyulun 4-də rənglənmə işləri aparılacaq və texnikalar ərazidən çıxarılacaq. Yol həmin gündən tam olaraq sürücülərin istifadəsinə veriləcək".