Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi məlum olub - VİDEO - YENİLƏNİB


İqtisadiyyat 02 İyl 2018 13:37:00 353 0

Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi məlum olub - VİDEO - YENİLƏNİB

AZAL-ın təyyarəsində texniki nasazlıq yaranıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva reysinin təxirə salınmasının səbəbi məlum olub.

"Report" xəbər verir ki, uçuşun baş tutmaması onuyerinə yetirəcək "Boing" markalı təyyarədə texniki nasazlığın yaranması ilə bağlıdır.

Bir qədər əvvəl AZAL-ın nümayəndələri təyyarının havaya saat 13:00-da qalxacağını bildirsələr də, aviareys yenidən təxirə alınıb. Hazırda təyyarədə təmir işləri aparılır.

Xatırladaq ki, aviareysHeydər Əliyev Beynəlxalq Aeroportundan Rusiya paytaxtınınDomodedovo Beynəlxalq Hava Limanına həyata keçirilməli idi.