"Efirdə özlərini idarə edə bilmirlər"


Şou-biznes 02 İyl 2018 13:38:00 257 0

"Efirdə özlərini idarə edə bilmirlər"

“ATV maqazin onlarla”nın “Hit-parad” rubrikasının bu dəfəki qonağı müğənni Ramal İsrafilov olub

"ATV maqazin onlarla"nın "Hit-parad" rubrikasının bu dəfəki qonağı müğənni Ramal İsrafilov olub.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı onuncu yerə Ramil Nabran, Rəhim Rəhimli və Nadir Nəğd Pulun ifa etdiyi mahnını layiq görüb:

"Hər üçü partdadırlar. Bu da çıxdı, eyni tərzdə mahnıdır. Rəhim də qoşulub onlara. Amma Rəhimə demək istəyirəm ki, öz tərzində olan mahnılara ehtiyac var. O, nə etsə də, səhnə üçün edir. Yaraşır da. Geyindiklərini kim geyinir? Heç kəs. Tənqid edirlər. Amma olmaz qətiyyən. Bu insan şou göstərir". Ramal doqquzuncu yeri müğənni Günay İbrahimlinin yeni mahnısına verib:

"Aygün xanım çox böyük sənətkarımızdır. Mahnılarını, əsərlərini sevə-sevə dinləyirəm. Amma bu mahnısı nədənsə heç ürəyimə yatmadı. Aygün Səmədzadə ruhu görmədim burda. Günay da çalışqan xanımlardan biridir. Sarı simi tərpətmədi".

İfaçı əməkdar artist Manana Çaparidzeyə aranjimançısını dəyişməyi məsləhət görüb:

"Bu xanımı çox istəyirəm. Aranjimançısı mənim mahnılarımı da aranjiman edən şəxsdir. Bir az tərzi dəyişsə, yaxşı olar. Səhnəsini də sevirəm. Bir dəqiqə yerində dayanmır. Bu xanımın mahnıları insanın qulağına 3-4 ay keçdikdən sonra oturur".

Yeddinci yerə Əhmədin "Canan"ını layiq bilən Ramal mahnını bəyəndiyini deyib:

"Mahnılarında şıltaqlıq var. Obrazlarda məktəbli qızların, oğlanların ab-havası var. Yaxşıdır, belə də getsin. Bəzi böyük-böyük danışan ulduzlar kimi, repertuarını dəyişməsin".

İfaçı Miri Yusifin mahnısına altıncı pilləni verib:

"Axır 3-4 ildir Miri Yusifi səsi moddur. İfaları da öz tərzinə uyğundur. Yəni burada böyük bəstəkarlıqdan, sənətdən söz açmağa ehtiyac yoxdur. Gündəm üçün modda olan öz tərzi ilə seçilən ifaçıdır".

İsrafilov beşinci yerə layiq gördüyü Ceyhun Əliyevin adını xatırlamayıb: