ABŞ Almaniyadan bazalarını çıxaracaq FOTO


Dünya 02 İyl 2018 13:25:00 373 0

ABŞ Almaniyadan bazalarını çıxaracaq  FOTO

ABŞ prezidenti Donald Tramp ölkəsinin Almaniya ərazisindəki hərbi kontingentini oradan çıxarmağa hazırlaşır.

Son.az The Washington Post-a istinadən bildirir ki, hazırda iki variant nəzərdən keçirilir. İlkin varianta görə, hərbi kontingent Almaniyadan tam çıxarılır, sonra ABŞ və bir sıra xarici ölkələrin ərazilərindəki bazalarda yerləşdirilir.

İkinci variant isə Almaniyadan çıxarılan kontingentin Polşadakı bazalarda yerləşdirilməsini nəzərdə tutur.

Kontingentin Almaniya ərazisindən çıxarılması ilə maliyyə xərcləri hesablanır.


Xəbərə aid fotolar