Binəqədi sakini zorakılıqla qətlə yetirilib


Digərləri 02 İyl 2018 13:26:00 280 0

Binəqədi sakini zorakılıqla qətlə yetirilib

Binəqədi rayon sakini M.Babayevi qətlə yetirməkdə şübhəli bilinən A.İsmayılov saxlanılıb

Bakı. İyunun 30-da Binəqədi rayonunun Hökməli qəsəbəsində Musa Babayev yaşadığı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan meyiti tapılmışdır. DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Ağaramazan İsmayılov saxlanılıb.