Qarabağ-ın rəqibi Misir çempionu ilə qarşılaşacaq


İdman 02 İyl 2018 13:09:00 289 0

Qarabağ-ın rəqibi Misir çempionu ilə qarşılaşacaq

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiya" klubu yoxlama oyunu keçirəcək. Goal.az xəbər verir ki, onların rəqibi "Əl-Əhli" klubu olacaq. Misir çempionu ilə oyunun Xorvatiyada keçiriləcəyi bildirilsə də, vaxtı barədə dəqiq məlumat verilməyib."Qarabağ"la "Olimpiya" arasında ilk oyun iyulun 10-da Lyublyanada olacaq və Bakı vaxtı ilə 22:00-da başlayacaq. Cavab matçı isə iyulun 18-də paytaxtımızda keçiriləcək. Həmin görüşün başlama vaxtı 21:00-dır.