Azər Türk Bank vurulan qolların sayına uyğun kredit faizlərini endirir


Digərləri 02 İyl 2018 13:11:49 260 0

Azər Türk Bank vurulan qolların sayına uyğun kredit faizlərini endirir

Futbol üzrə Dünya Çempionatının 1-15 iyul tarixlərində keçiriləcək oyunlarında vurulan qollar tək rəqibləri deyil, faizləri də yenəcək.

Bakı. Futbol üzrə Dünya Çempionatının 1-15 iyul tarixlərində keçiriləcək oyunlarında vurulan qollar tək rəqibləri deyil, faizləri də yenəcək. Trend-in məlumatına görə, Azər Türk Bank göstərilən tarixlərdə baş tutacaq qarşılaşmalarda vurulan hər bir qola görə istehlak kreditləri üzrə faiz dərəcəsini endirəcək.