Xorvatiya prezidenti futbolçuları təbrik edib


İdman 02 İyl 2018 12:48:00 259 0

Xorvatiya prezidenti futbolçuları təbrik edib

Rusiyadakı futbol üzrə dünya çempionatının 1/8 final matçında Danimarka üzərində qələbədən sonra Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç "Nijni Novqorod" stadionunun tribunasından paltardəyişmə otağına enib. Goal.az xəbər verir ki, ölkə başçısı hamını şəxsən təbrik edib. O, baş məşqçi Zlatko Daliç, kapitan Luka Modriç və digər futbolçuları qucaqlayıb. Qrabar-Kitaroviç Daliçin dünya çempionatına yollanmazdan öncə ona hədiyyə etdiyi Xorvatiya millisinin formasında olub.

Danimarkaya qarşı görüşün əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Əlavə vaxtda qol vurulmadığından, penaltilər seriyasına müraciət olunub. Bu zaman Xorvatiya daha dəqiq olaraq, 3:2 hesablı qələbə ilə mərhələ adlayıb. Onların 1/4 finalda rəqibi Rusiya olacaq.