İş adamları bu qaydanı pozsalar,


Digərləri 02 İyl 2018 12:48:00 330 0

İş adamları bu qaydanı pozsalar,

Dünən Bakıda və Abşeron yarımadasında 120 il ərzində rekord temperatur göstəricisinin qeydə alınması insanlar arasında təşviş yaradıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, temperaturun  44 dərəcəyə qalxması ev şəraitində belə insanları narahat edib və onların vəziyyətinin pisləşməsinə səbəb olub.

Yaxın günlərdə də temperaturun bu həddə olacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu məlumat yayıb. Bildirilir ki, iyulun 3-dən 4-nə kimi də kəskin istilər müşahidə ediləcək.

Bəs isti havalarda işəgötürənlərin nələrə əməl etməsi məsələsi qanunvericilikdə necə əks olunub?

"Qafqazinfo" bir daha  xatırladır ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.