Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub


Digərləri 02 İyl 2018 12:34:00 235 0

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Bakı. İlhamə İsabalayeva - Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib. Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.