İlahiyyat İnstitutuna QƏBUL QAYDALARI açıqlandı


Digərləri 02 İyl 2018 12:25:00 281 0

İlahiyyat İnstitutuna QƏBUL QAYDALARI açıqlandı

Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb.

Son.az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçiriləcək.

İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılacaq.

İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 200 bal müəyyən edilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi nəzərdə tutulub.