Ermənistanla sərhəddəki kəndə gedən yol yenidən qurulub FOTO


Digərləri 02 İyl 2018 11:54:00 291 0

Ermənistanla sərhəddəki kəndə gedən yol yenidən qurulub  FOTO

Qazax rayonunda respublika əhəmiyyətli Qazax-Uzuntala avtomobil yolunun 7-ci km-dən ayrılan Cəfərli kəndinin yolu əsaslı şəkildə yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, 7 km uzunluğa malik Cəfərli  avtomobil yolu qara örtüklü olmaqla III texniki dərəcəli idi. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi.

Layihəyə uyğun olaraq yolun qara qırmadaş örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq Cəfərli yoluna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kv.m sahədə aparılıb.

Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 ədəd müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb. Təbii ki, yol boyu yaşayan vətəndaşların öz pay torpaqlarında yetişdirdikləri məhsulları suvarmaq üçün yol altında salınan boruların əhəmiyyəti böyükdür.


Xəbərə aid fotolar