DÇ-2018: Şmeyxel rekorda şərik çıxdı


İdman 02 İyl 2018 11:56:00 319 0

DÇ-2018: Şmeyxel rekorda şərik çıxdı

Xorvatiya millisinin qapıçısı Daniel Subaşiç dünya çempionatının 1/8 finalında Danimarka ilə görüşdə oyunsonrası penaltilər zamanı 3 zərbəni dəf edib.

Goal.az-ın məlumatına görə, Monaco-nun qapıçısı Kristian Eriksen, Lassa Şöne və Nikolay Yorgensenin penalti vuruşlarını qaytarıb. 33 yaşlı qolkiperə qədər dünya çempionatları tarixində yalnız portuqaliyalı Rikardu oyunsonrası penaltilər zamanı 3 dəfə rəqibin zərbəsini dəf etmişdi. Bu, 2006-cı ilin 1 iyulun İngiltərə ilə matçda baş vermişdi. 

Qeyd edək ki, Xorvatiya ilə oyunda Danimarka millisinin qapıçısı Kasper Şmeyhel də 3 penalti qaytarıb. Amma danimarkalı qolkiper penaltilərdən birini əlavə vaxtda dəf edib.