Kapital Bank BirKart Miles kartını təqdim etdi


Digərləri 02 İyl 2018 11:17:00 372 0

Kapital Bank BirKart Miles kartını təqdim etdi

Kapital Bank 28 iyun 2018-ci il tarixində yeni BirKart Miles kartının təqdimat mərasimini keçirib. Sözügedən kartlar vasitəsilə nağdsız ödənişlər etdikdə mil şəklində olan bonuslar toplanır və həmin milləri aviabiletə dəyişdirərək istifadə etmək mümkündür.

Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Mastercard-ın regional meneceri Erdem Çakardan və digər rəsmi şəxslər iştirak edirdi. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri və şərtləri barədə ətraflı məlumat verilib.