12 illik dəhşətli qətlin üstü açıqldı


Dünya 02 İyl 2018 11:18:23 243 0

12 illik dəhşətli qətlin üstü açıqldı

Türkiyənin Kayseri şəhərində 12 ildir yoxa çıxan və bacısının əri tərəfindən öldürüldüyü deyilən 16 yaşlı Filiz K. cinayəti ilə bağlı ilginc detallar ortaya çıxıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, U.Ç baldızı Filiz K.-nı iplə necə boğduğunu və cəsədini mağarada necə gizlətdiyini ifadəsində etiraf edib. U.Ç-nin ifadəsi 16 yaşlı gənc qızın cinayət öncəsi yaşadığı dəhşəti də ortaya çıxarıb.

2006-cı ilin 17 sentyabr tarixində Kayseridəki evindən çıxan Filiz K.-dan 12 il xəbər almaq mümkün olmayıb. İllər sonra polislər Filizin qətlə yetirildiyini üzə çıxarıblar. Polislər Filiz-i bacısının əri U.Ç-nın öldürdüyünü müəyyən edib. Sorğuya aparılan U.Ç günahını etiraf edib.

"QAÇMASIN DEYƏ BAĞLADIM"

U.Ç-nin ifadəsinə görə zaman-zaman evdən qaçan Filiz K. ona zəng edərdi. Bu dəfə də elə oldu. Filiz K. U.Ç-yə zəng edib və Nevşehirdə olduğunu, Antaliyaya gedəcəyini söyləyib və U.Ç ilə görüşüblər. U.Ç, Filizi evə qayıtmağı üçün yola gətirməyə çalışıb. Maşını ilə qızı Kayseriyə gətirərkən yol kənarında durmalı olurlar. Həm gəziblər, həm də söhbət ediblər. U.Ç ifadəsində belə deyib:

"Filiz "Sən məni ailəmə aparacaqsan" deyərək yanımdan qaçmağa çalışdı. Qolundan tutaraq qoymadım. Gəzərkən su kənarında tapdığım və Filiz qaçarsa, əllərini bağlayaram deyə gizlicə cibimə qoyduğum ipi çıxarıb ikiqat etdikdən sonra Filizin qollarının üstündən sinəsinə kimi bağladım. İpi öz çiynimdən önümə keçirərək, maşına doğru dartmağa başladım. Filiz müqavimət göstərirdi. Ancaq ona heç fikri vermədən ipdən dartırdım.


Xəbərə aid foto