Səhiyyə Nazirliyindən tələbələrin etirazına REAKSİYA


Digərləri 02 İyl 2018 10:45:00 292 0

Səhiyyə Nazirliyindən tələbələrin etirazına REAKSİYA

Rezidenturaya qəbul olmaq istəyən bir qrup namizəd iyunun 29-da Səhiyyə Nazirliyinin qarşısında toplaşıb. Daha sonra nazirlik əməkdaşları ilə görüşən tələbələr 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından narazı olduqlarını qeyd ediblər. Müraciət əsasında həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat yayıb.

S. Əhmədova qeyd edib ki, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir:

"Hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır. Tələbat əsasən, bölgələrdə ailə həkimlərinə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür.