Meksikada seçkilər sona çatdı


Dünya 02 İyl 2018 08:35:00 288 0

Meksikada seçkilər sona çatdı

Meksikada ümumi seçkilər bazar günü saat 18.00 radələrində sona çatdı. Səsvermə təxminən 157 min seçki məntəqəsində keçirilirdi.

Son.az bildirir ki, Trend-in yerli mediyaya istinadən verdiyi xəbərə əsasən, meksikalılar bu ilin dekabrında altı il müddətinə seçilən yeni prezident seçdilər. Bundan başqa bir neçə ştatın qubernatoru, senatorlar, millət vəkilləri, şəhər və bələdiyyə başçıları da seçilir.

Səslərin hesablanmasının ilkin nəticələrinin saat 23.00-da elan edilməsi gözlənilir.