Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib


Digərləri 02 İyl 2018 08:12:00 243 0

Şəmkirdə süni göldə batanların şəxsiyyəti müəyyənləşib

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Şəmkirdə süni göldə 4 nəfərin ölümü ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Şəmkir rayonu, Seyfəli kəndində süni göldə batdığı ehtimal olunan Qayıbov Asif Həsən oğlunun, Tağıyev Abil Valeh oğlunun və Məmmədova Məhəbbət Kazım qızının axtarışları başa çatmışdır. A.Qayıbovun, A.Tağıyevin və M.Məmmədovanın cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Əliyeva Zeynəb Ədalət qızının cəsədi polis əməkdaşları tərəfindən sudan çıxarılmışdır.