Bakıda 6 otaqlı ev yanıb


Digərləri 02 İyl 2018 08:19:00 202 0

Bakıda 6 otaqlı ev yanıb

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı edə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.