İcarəyə götürdüyü torpaqda narkotik yetişdirirdi, saxlanıldı


Kriminal 02 İyl 2018 06:30:00 278 0

İcarəyə götürdüyü torpaqda narkotik yetişdirirdi, saxlanıldı

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. 

Son.az APA-ya istinadən bildirir ki, polis əməkdaşları tərəfindən rayonun Şahağacı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, kənd sakini Xosrov Rüstəmovun icarəyə götürdüyü torpaq sahəsinə keçirilən baxış zamanı qulluq göstərərək becərdiyi 40-180 santimetr hündürlüyündə 52 ədəd ümumi təmiz çəkiləri 10 kiloqram 250 qram olan becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülüb.