Azərbaycanda toy mərasimində 22 nəfər zəhərlənib


Digərləri 02 İyl 2018 02:30:00 318 0

Azərbaycanda toy mərasimində 22 nəfər zəhərlənib

Astarada iyunun 30-da toyda zəhərlənmə olub. Son.az APA-ya istinadən bildirir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.

Zəhərlənən şəxslər Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.      Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.     Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.