Liviya sahillərində 115 miqrant xilas edilib


Dünya 01 İyl 2018 23:52:00 348 0

Liviya sahillərində 115 miqrant xilas edilib

Liviyanın Sahil Mühafizəsinin katerləri ölkənin cənub-qərbindəki Surman şəhəri sahillərində 115 miqrantı xilas ediblər.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Birlik hökumətinə tabe olan Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir.

Məlumata görə, miqrantların olduğu gəmi Surman şəhəri sahilindən 10 kilometr məsafədə aşkarlanıb. Afrikanın müxtəlif ölkələrindən olan miqrantlara zəruri yardım göstərilib. Bundan sonra onlar Qanunsuz Miqrasiyaya qarşı Mübarizə İdarəsi Mərkəzinə çatdırılıblar.