Yayda qida rejimini gözləməklə bədən çəkisini azaltmaq olar


Digərləri 01 İyl 2018 23:43:00 323 0

Yayda qida rejimini gözləməklə bədən çəkisini azaltmaq olar

Bədən çəkisini azaltmaq üçün yay ən əlverişli dövr hesab olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, meyvə-tərəvəzlərin bol olduğu yay aylarında zərərli qidalardan uzaq olmaqla artıq çəkini bir neçə kiloqram azaltmaq mümkündür.

Çoxlu maye qəbul edilməsi bu sahədə ilkin şərtlərdən biridir. İsti havada orqanizm çox maye itirdiyinə görə həmin tələbatı ödəmək lazım gəlir. Susuzluğu daha çox adi su və yaşıl çay yatırır. Yeni çəkilmiş şirələr, şəkərsiz limonad və kompotlar qəbul edilməsi də məsləhət görülür. İsti yay günlərində hər 40-50 dəqiqədən bir sərin su içmək, qida rasionunda kaloriliyi azaltmaq lazımdır. Alimlərin fikrincə, isti havada enerjiyə ehtiyac təxminən 5 faizə qədər enir, buna görə də yayda daha az kalorili qida lazım olur.