Gədəbəy sakini maşın düzəldib "Səhra çempionu" VİDEO


Digərləri 01 İyl 2018 23:21:00 320 0

Gədəbəy sakini maşın düzəldib  "Səhra çempionu"  VİDEO

Son.az bildirir ki, nəvəsi üçün aldığı şirin çubuqlardan çıxan şəkil onu avtomobil yığmaq üçün həvəsləndirib. Gədəbəy rayonu Çay Rəsullu kənd sakini Məzahir Cəfərov şəkildə gördüyü avtomobili üç ay müddətinə bu cür ərsəyə gətirib.

Bir neçə avtomobilin detallarından yığılan minik vasitəsinin üstü açıqdır. 100 km-ə 10 litr benzin sərf edir.

Sahibi kənardan balaca görünən maşını yolsuzluq avtomobili kimi də istifadə edir. Kənddə bəzi maşınların çıxa bilmədiyi ərazilərə onun yığdıgı maşınla çıxırlar. Məzahir Cəfərov "Səhra çempionu" adlandırdığı nəqliyyat vasitəsinə 3500 manat xərcləyib. Ferma təsərrüfatı ilə məşğul olan Məzahir Cəfərov indi bu maşından da gəlir əldə edir.

İstirahət zonalarına gedənlər, ətraf rayon və kəndlərdən gələnlər bu avtomobillə dağlar qoynuna çıxırlar, toylarda gəlin maşını kimi istifadə edirlər.