Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var


Digərləri 01 İyl 2018 23:25:00 240 0

Avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.