"Evdən kiməsə pul göndəriləndə, bütün otaqda toybayram olurdu"


Digərləri 01 İyl 2018 21:05:00 257 0

"Evdən kiməsə pul göndəriləndə, bütün otaqda toybayram olurdu"

Nəsib Quliyev: "İndiki "Sahil" metrosuna getdik və hərəmiz bir skamyada əyləşib imtahana hazırlaşdıq" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb illəri hər kəsin həyatında unudulmaz xatirələrlə doludur. Bəlkə də insanın ən şıltaq, dəcəl olduğu vaxtlardır.  Zaman keçdikcə həmin dövrdə etdiklərimizi xatırlayanda, üzümüzdə azda olsa, təbəssüm yaranırsa, demək ki, həmin  illər elə də sakit keçməyib. Sinif yoldaşlarımızla etdiyimiz zarafatlar, müəllimlərimizin bizə verdiyi cəzalar hamısı şirin bir xatirə olaraq yaddaşımıza həkk olunur.  Bu dəfə Azərbaycanın Baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevlə məktəb illərindən danışdıq.