İki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb


Digərləri 01 İyl 2018 19:34:00 223 0

İki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Naftalanda iki minik avtomobili toqquşub, xəsarət alan var.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Naftalan şəhərində qeydə alınıb.

Hərəkətdə olan "VAZ2107" markalı minik avtomobilinin başqa bir avtomobillə toqquşması nəticəsində "VAZ2107"-də olan sərnişin, Naftalan şəhər sakini 19620-ci il təvəllüdlü Qarayeva Afina Ramiz qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

A. Qarayevaya tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.