İsti havada necə sərinləmək olar?


Digərləri 01 İyl 2018 19:15:00 304 0

İsti havada necə sərinləmək olar?

Havalar getdikcə daha da isinir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın maksimal temperaturunun bəzi yerlərdə hətta 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Bəs, bu cür havada istidən necə qorumaq olar?

Son.az axşam.az-a istinadən isti havalarda sərinləməyin bir neçə üsulunu təqdim edir:

1. Düzgün seçilən geyimin istidən qorunmaqda rolu böyükdür. Belə havalarda pambıq, kətan və ipəkdən tikilən geyimlər bədəni daha sərin saxlayır.

2. Gün ərzində mümkün olduqca günəş altında olmaq yerinə ev, bina və ya ofis içində olmağınız daha məsləhətlidir (xüsusən saat 11:00- 17:00 arasında mümkün olduqca çölə çıxmayın).

3. İş yerlərinin və ya ofislərin havalandırma sistemləri mutləq işləməlidir.