Fransada şok: Helikopterlə həbsdən qaçdı


Dünya 01 İyl 2018 18:27:00 309 0

Fransada şok: Helikopterlə həbsdən qaçdı

Fransada barəsində 25 il həbs cəzası verilmiş məhbus Reduan Faid helikopterlə həbsxanadan qaçıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Parisien" qəzeti yazıb.

Paris yaxınlığında Sena de Marna departamentində yerləşən həbsxanadan qaçan Faidə 3 nəfər silahlı şəxs yardım edib. Məhbus isə Belçikada qeydiyyatda olan helikopter vasitəsilə qaçmağı bacarıb. Daha sonra helikopter Paris yaxınlığında yandırılmış halda tapılıb.