"Azərbaycan və Rusiya mürəkkəb məsələlərin həlli üçün birgə səylər göstərirlər"


Digərləri 01 İyl 2018 17:34:00 274 0

"Azərbaycan və Rusiya mürəkkəb məsələlərin həlli üçün birgə səylər göstərirlər"

Azərbaycan və Rusiya mürəkkəb məsələlərin həlli üçün birgə səylər göstərirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfransda rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

İ.Korotçenko bildirib: "Rusiya və Azərbaycan mürəkkəb məsələlərin həlli üçün birgə səylər göstərirlər. Bu, beynəlxalq terrorizmlə mübarizə və digər təhlükələrdir. Bizim birlik kiməsə qarşı yönəlməyib".

Onun sözlərinə görə, iki ölkə Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi necə təmin etməyi başa düşməlidirlər: "Rusiya və Azərbaycan üçün Xəzərdə ABŞ gəmilərinin olmasına yol verməmək çox vacibdir. Azərbaycan suveren və güclü dövlətdir və heç kim ona təsir göstərə bilməz".

İ.Korotçenko qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur: "İşğal olunan rayonlardan 5-nin qaytarılması danışıqlar prosesinə nəzərəçarpacaq dərəcədə kömək kömək edərdi".