Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir


Siyasət 01 İyl 2018 17:20:00 277 0

Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir

Bu gün Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları iştirak edir.

Konfransın açılışında çıxış edən deputat Əli Hüseynli bildirib ki, Qarabağın əvvəllər erməni işğalı altında olan ərazilərində Rusiya və Azərbaycan mütəxəssislərinin iki ölkə arasında əlaqələri müzakirə etdiyi tədbirlər ilk dəfədir ki, keçirilir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin öz növbəsində qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir: "Bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var".

Onun sözlərinə görə, Rusiya və Azərbaycan xalqları ittifaqı - bütövdür, həqiqidir: "Biz Azərbaycanın sülh şəraitində yaşamaq hüququ ilə həmrəyliyimizi ifadə etmək istəyirik. Azərbaycan Qafqazda Rusiyanın yeganə və əsas müttəfiqidir".

A.Duqin qeyd edib ki, Rusiyanın strateji planlarında Azərbaycanın rolu artmaqdadır, ölkələr arasında bir sıra məsələlər üzrə ortaq mövqelər yaranıb.

O, suverenliyə və milli mənsubluğa hörmətlə yanaşmağın vacib olduğunu vurğualyıb: "Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın konsensusudur".

A.Duqin qeyd edib: "Beş rayonun qaytarılması danışıqlar prosesinin bərpası üçün yeganə alternativ həlldir. Tərəflər razılığa yaxın olublar. Azərbaycanı güzəştə getməyə hazır idi. Bu razılaşmalara əməl edilməlidir, bu Rusiyanın, Rusiya prezidentinin mövqeyidir".

Rusiya Dövlət Dumasının deputatı, "Vahid Rusiya" partiyasının üzvü Aleksey Yebuzov bildirib ki, Azərbaycan və Rusiya - özlərini təmin edən dövlətlərdir, və buna əsaslanaraq onlar öz münasibətlərini qururlar: "Rusiyanın Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməz qalır, biz münaqişənin tezliklə həllinə ümid edirik".

Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin xatırladıb ki, Azərbaycanda 150 minə yaxın rusiyalı yaşayır və onlar Azərbaycanın Rusiyaya doğru hərəkətini məmnunluqla izləyir: "Bizim prezidentlər sağlam düşüncəyə əsaslanırlar və başa düşürlər ki, belə bir hərəkət vacibdir. Azərbaycan və rus xalqları mentalitetinə görə çox yaxındır".

M.Zabelin qeyd edib ki, Azərbaycanda yaşayan çox sayda rusiyalı Dağlıq Qarabağda müharibə edib və Vətənləri uğrunda canlarını veriblər.

Azərbaycan deputatı Elman Məmmədov öz növbəsində bildirib ki, Ermənistan ərazisində yerləşir çox müasir və təchiz olunmuş Rusiya hərbi bazası var: "Rusiya Ermənistanın hava məkanını qoruyur. Rusiya Ermənistanın hava məkanını qoruyur. Buda onu deyir ki, Rusiyanın çoxlu rıçaqları Ermənistana təzyiq çoxlu rıçaqları var. Biz ümid edirik ki, Rusiya bu məsələdə ədalətli mövqe tutacaq".