Gəncədə xəstəlikdən əziyyət çəkən qadın intihar etdi


Digərləri 01 İyl 2018 16:07:00 278 0

Gəncədə xəstəlikdən əziyyət çəkən qadın intihar etdi

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1953-cü il təvəllüdlü yerli sakin Tağıyeva Sürayə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən qadın 2 saat sonra həkimlərin göstərdiyi səylərə baxmayaraq dünyasını dəyişib.