PAŞA Bankın dəstəyi ilə ADA Universitetində Big Data Hackathon 2018 müsabiqəsi keçirilir


Digərləri 01 İyl 2018 15:13:58 241 0

PAŞA Bankın dəstəyi ilə ADA Universitetində Big Data Hackathon 2018 müsabiqəsi keçirilir

PAŞA Bankın dəstəyi ilə ADA Universitetində Big Data Hackathon 2018 müsabiqəsi keçirilir

Bakı. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın dəstəyi ilə 29-30 iyun tarixlərində ADA Universitetinin Informasiya Texnologiyaları və Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən Data Analizi üzrə Tədqiqat Mərkəzi (CeDAR) tərəfindən texnoloji məsələlərin həlli üzrə mütəxəssislər arasında Big Data Hackathon 2018 müsabiqəsi həyata keçirilir. Gənc mütəxəssislər arasında keçirilən bu müsabiqənin başlıca məqsədi “Böyük Verilənlər” (Big Data) təhlilləri vasitəsi ilə müəyyən biznes problemlərinin optimal həllinin tapılmasından ibarətdir. Big Data Hackathon 2018-in iştirakçıları biznes ehtiyacların qarşılanması üçün yaradılacaq məhsulun prototipin hazırlamaqla yanaşı, biznes mühitində onun rəqabətlilik potensialını da digər mütəxəssis və ekspertlərlə müzakirə etməkimkanları əldə edəcəklər. PAŞA Bankın sədri Taleh Kazımovun sözlərinə görə yaxın 3 il ərzində Bank əsas səylərini öz biznes fəaliyyətinin transformasiyası və bütün məhsul və xidmətlərinin rəqəmsal kanallar vasitəsi ilə təşviq edilməsi üzərində cəmləşdirmişdir. Məhz bu baxımdan, Big Data Hackathon 2018 tədbirinin dəstəklənməsi və ekspert qismində müsabiqədə iştirak PAŞA Bank üçün böyük maraq və əhəmiyyət kəsb edir.