Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir - ƏLAVƏ OLUNUB - 1


Siyasət 01 İyl 2018 14:49:00 281 0

Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir - ƏLAVƏ OLUNUB - 1

Rusiyalı deputat və ekspertlər konfransda iştirak etmək üçün Azərbaycana gəliblər

2016-cı ildə Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir.

“Report” xəbər verir ki, konfransda Rusiya Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları iştirak edir.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparacaqlar.

***

Konfransın açılışında çıxış edən deputat Əli Hüseynli bildirib ki, Qarabağın əvvəllər erməni işğalı altında olan ərazilərində Rusiya və Azərbaycan mütəxəssislərinin iki ölkə arasında əlaqələri müzakirə etdiyi bu qəbildən olan tədbirlər ilk dəfədir ki, keçirilir.

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin öz növbəsində qeyd edib ki, "Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir və bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var".

"Rusiya və Azərbaycan xalqları ittifaqı bütövdür, həqiqidir. Biz Azərbaycanın sülh şəraitində yaşamaq hüququ ilə həmrəyliyimizi ifadə etmək istəyirik. Azərbaycan Qafqazda Rusiyanın yeganə əsas müttəfiqidir", - deyə Duqin bildirib.

Onun sözlərinə görə, Rusiyanın strateji planlarında Azərbaycanın rolu artmaqdadır, ölkələr arasında bir sıra məsələlər üzrə ortaq mövqelər yaranıb.

A.Duqin suverenliyə və milli mənsubluğa hörmətlə yanaşmağın vacib olduğunu qeyd edib:

"Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın razılığıdır".