“Marş İrəli” başladı FOTO


Digərləri 01 İyl 2018 14:23:00 357 0

“Marş İrəli” başladı  FOTO

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq "İrəli" İctimai Birliyi "Marş İrəli" layihəsini həyata keçirir. 

Son.az xəbər verir ki, Ağdam rayonunda keçirilən layihənin açılış mərasimində "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən bəhs edib.

"Azərbaycan ordusu günü gündən güclənir. Son zamanlar müasir texnikalarla silahlanan ordumuz, bilik və bacarığını artıran komandir heyəti onu sübut edir ki, güclü ordumuz var. Elə bu yaxınlarda Şərurun Günnüt kəndi də düşməndən azad olundu. Ermənilər artıq bizim gücümüzü daha yaxşı hiss edirlər. Onlar Azərbaycan ordusundan qorxurlar",- deyə sədr vurğulayıb.

Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib. 


Xəbərə aid fotolar