Tərtərdə evdən pul oğurlayan yeniyetmə tutuldu


Digərləri 01 İyl 2018 12:37:00 310 0

Tərtərdə evdən pul oğurlayan yeniyetmə tutuldu

Tərtər rayonunda həmkəndlisinin evindən pul oğurlayan yeniyetmə saxlanılıb.

Son.az report.az-a istinadən bildirir ki, rayonun Bayandur kənd sakini Novruz Həsənov Polis şöbəsinə evindən 385 manat pulun oğurlanması ilə bağlı müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, oğurluğu elə kişinin 17 yaşlı həmkəndlisi Muradlı Cahandar Vəfadar oğlu törədib.