İraqın şimalında 3 partlayış baş verib


Dünya 01 İyl 2018 11:56:00 220 0

İraqın şimalında 3 partlayış baş verib

İraqın Kərkük şəhərində seçki bülletenlərinin olduğu anbarların yaxınlığında 3 partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində azı 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İlk partlayış idman və gənclər mərkəzi yaxınlığında, ikinci partlayış şəhərin cənubunda, üçüncü partlayış isə hərbi rayonda baş verib.