Keşlə ilk hazırlıq matçında uduzdu


İdman 01 İyl 2018 11:49:00 270 0

Keşlə ilk hazırlıq matçında uduzdu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Goal.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb. Baş məşqçi Yuri Maksimov yetirmələrinin Bosniya və Herseqovina təmsilçisi “Çelik”lə (Zenitsa) oyunda sınaqdan keçirib.  Boluda baş tutan qarşılaşma "Keşlə"nin məğlubiyyəti ilə başa çatıb. 

Yoxlama oyunu

30 iyun

Keşlə - Çelik 0:2

Keşlə  oyuna aşağıdakı heyətdə çıxmışdı:

15 Orxan Sadıqlı , 

2 Sertan Taşkın, 3 Denis Silva Kruz, 4 Slavik Alxasov, 7 Vaqif Cavadov (k), 27 Adrian Skarlatake, 33 Tərlan Quliyev, 19 Azər Salahlı, 24 Fuad Bayramov (Məmməd Quliyev), 21 Tçami Herve, 14 Andre Klennon