“Android” işlədənlərə xəbərdarlıq


Digərləri 01 İyl 2018 11:10:00 279 0

“Android” işlədənlərə xəbərdarlıq

Beynəlxalq Tədqiqatçılar Qrupu 2012-ci ildən etibarən istifadədə olan bütün "Android" smartfonlarında "RAMPage" adlı yeni boşluq aşkar ediblər.

Son.az ICTnews-a istinadən xəbər verir ki, hakerlər yeni boşluğun köməyi ilə istifadəçinin bütün parollarını öyrənə, şəkil, elektron məktub, yazışma və ödəmə rekvizitləri kimi vacib sənədlərini yükləyə bilərlər.

Ekspertlər əmindirlər ki, yaxın vaxtlarda "RAMpage" boşluğu "iOS" sisteminin idarəetməsi altında işləyən cihaz və başqa qurğulara yayıla bilər.