ABŞdan Şimali Koreya açıqlaması


Dünya 01 İyl 2018 11:03:00 240 0

ABŞdan Şimali Koreya açıqlaması

ABŞ-ın xüsusi xidmət orqanları hesab edirlər ki, Şimali Koreya özünün nüvə arsenalından tam əl çəkməyə hazırlaşmır və bir sıra silahların mövcudluğunu ört-basdır etmək üçün yollar axtarır.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ABŞ rəsmiləri Ş.Koreyanın Yonqbyondakı nüvə yanacağı istehsalı sahəsində birdən çox qurğunun olduğuna inanır.

"Döyüş başlıqlarının, raketlərin miqdarını, həmçinin nüvə qurğularının növ və sayı ilə bağlı bizi aldatmağa davam edirlər. Amma biz hər şeyi yaxından izləyirik", - deyə adı açıqlanmayan yüksək vəzifəli mənbə bildirib.