Suriya ordusu bu bölgədə nəzarəti ələ keçirir


Dünya 01 İyl 2018 10:43:00 292 0

Suriya ordusu bu bölgədə nəzarəti ələ keçirir

Suriya ordusunun Rusiya hərbi aviasiyasının dəstəyi ilə ölkənin cənubunda yerləşən Dera əyalətində həyata keçirdiyi geniş miqyaslı əməliyyatla əlaqədar müxalif qüvvələr 8 şəhərdən çıxmağa razılaşıb.

Son.az APA-ya istinadən bildirir ki, Deranın şimalında və şərqində yerləşən 8 şəhər artıq hökumət qüvvələrinin nəzarətinə keçib.

Razılaşmaya bu şəhərlərdə qalmaq istəyən müxaliflərin tərksilah olmasını, digər müxaliflərin isə müxalif qüvvələrin nəzarətindəki İdlib əyalətinə getməsini nəzərdə tutur.